Tapmacalar

Yeməklər haqqında tapmacalar

 

 

Ağaca minər, ayağı sallanar.       

(Əriştə)

 

 

 

 

 


Ağca təpə,
Başı küpə.
Nə küpədi,
Nə də təpə.       

(Plov)

 

 

 

 

 

Mən aşiqəm könüldən,
Xəbər alın əmirdən.
Bu gün bir nübar yedim,
Budaqları dəmirdən.               

(Kabab)

 

 

 


 

Tap - tapmaca,
Gül yapmaca,
Deşiklədim,
Atdım saca.           

(Fəsəli)

 

  

 

 

 

 

Çıxar tavaya,
Çığırar havaya.   

(Cız-bız)