3 may - Dünya Günəş Günü
Bəzən “Dünya Günəş Günü”, bəzən isə “Beynəlxalq Günəş Günü” adlandırılan bu gün 1994-cü ildən bəri fərqli ölkələrdə qeyd edilir.
Günəş kosmik enerji mənbəyi, yerə ən yaxın ulduzdur. Ümumiyyətlə, Günəş planetimizin ekoloji vəziyyətini tənzimləyir. Günəş olmasa, yaşamağımız üçün lazım olan hava da olmaz. Günəş bizə istilik verir, işıq verir, həyat verir.
Günəşin həyatımızdakı rolunu vurğulamaq üçün Beynəlxalq Günəş Enerjisi Cəmiyyətinin (İSES) Avropa şöbəsinin təşəbbüsü ilə 3 may Dünya Günəş Günü kim qeyd edilir.
Avropa mütəxəssisləri, ictimai təşkilatlar və şirkətlər günəş enerjisinin imkanlarını nümayiş etdirmək məqsədilə müxtəlif tədbirlər təşkil edirlər.
03.05.2024