“Sən supersən” layihəsinin iştirakçısı Namiq Cəbrayılov təəssüratlarını bölüşəcək
Bakı, 3 may, AZƏRTAC
NTV telekanalı ilə “Sputnik” İnformasiya Agentliyi və Radiosunun birgə layihəsi olan “Sən supersən!” Beynəlxalq Vokal Müsabiqəsində Azərbaycan təmsilçisi Namiq Cəbrayılov iştirakını başa çatdırıb.
AZƏRTAC xəbər verir ki, mayın 4-də “Sputnik Azərbaycan” Multimedia Mətbuat Mərkəzində layihədə iştirakı ilə bağlı Namiq Cəbrayılov təəssüratlarını jurnalistlər və qonaqlarla bölüşəcək.
Qeyd edək ki, fevralın 10-dan start götürən müsabiqədə valideyn qayğısından məhrum olan istedadlı uşaqlar – uşaq evlərinin, internat-məktəblərin yetirmələri, eləcə də ayrı-ayrı ailələr tərəfindən övladlığa götürülmüş uşaqlar iştirak edir.
Müsabiqədə keçmiş SSRİ-nin müxtəlif ölkələrindən olan gənc istedadlar bu ədalətli və xeyirxah mahnı müsabiqəsində öz yaşıdları arasında ən yaxşı adını qazanmaq uğrunda mübarizə aparmaq imkanı əldə edirlər.
02.05.2018