Bədii filmlər

"Dərs". Bədii film

Dərs filmi rejissorlar Rafiq Əliyev və Cavid Təvəkkül tərəfindən 2015-ci ildə ekranlaşdırılmışdır. Film Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə Cəfər Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasında istehsal edilmişdir. Ekran əsəri uşaqların məktəb və şəxsi həyatlarından bəhs edir. Filmdə əsas rolları Tamerlan Ağayev, Aliyə Əliyeva, Rəşid Əliyev, Ayna Zərbəliyeva, Camal İbrahimov və Kamal İbrahimov ifa edirlər.