Xəbərlər

Ümummilli Liderə həsr olunan konsert proqramı iştirakçılarda xoş təəssürat yaradıb

Bakı, 10 may, AZƏRTAC

 

Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) ulu öndər Heydər Əliyevin anadan olmasının 95-ci ildönümü ilə əlaqədar konsert proqramı təqdim edilib.

 

ADPU-dan AZƏRTAC-a bildirilib ki, tədbir iştirakçıları əvvəlcə musiqi, təsviri incəsənət, fiziki tərbiyə və gənclərin çağırışaqədərki hazırlığı fakültəsinin müəllim və tələbələrinin rəsm əsərləri ilə tanış olublar. Sonra Azərbaycan Respublikasının dövlət himni səsləndirilib.

 

Tədbirdə “Xalqa bağışlanan ömür” filmi nümayiş olunub.

 

Musiqi, təsviri incəsənət, fiziki tərbiyə və gənclərin çağırışaqədərki hazırlığı fakültəsinin birləşmiş xoru “Gözəl Vətən” musiqili kompozisiyasını təqdim edib. Konsertdə, həmçinin Məxfirət Hüseynova, Məhərrəm Alişanov Əməkdar İncəsənət Xadimi Nailə Mirməmmədlinin iştirakı ilə “Ana” (musiqisi Sevil Əliyevanın, sözləri Baba Vəziroğlunun), Ənvər Məmmədhəsənov “Sən elə bir zirvəsən” (musiqisi Kamalın, sözləri Baba Vəziroğlunun) mahnılarını, fakültənin birləşmiş xoru “Bu dünya” musiqili kompozisiyasını, Rauf Məmmədov Müslüm Maqomayevin “Azərbaycan” mahnısını ifa ediblər.

 

Sonra ulu öndər Heydər Əliyevin ADPU-nun 60 illik yubileyində iştirakını əks etdirən film nümayiş olunub.

 

Sonda musiqisi Nailə Mirməmmədlinin, sözləri musiqi və onun tədrisi metodikası kafedrasının baş müəllimi Nərmin Kamilovanın olan “Ulu Öndər” mahnısı ifa edilib.

 

Konsert proqramı iştirakçılarda xoş təəssürat yaradıb.