Bu maraqlıdır!

Ürək haqqında maraqlı faktlar

Orta yaşlı bir adamın ürəyi dəqiqədə təxminən 72 dəfə, gün ərzində 100.000 dəfə, həyatı ərzində isə təxminən 2.5 milyard dəfə döyünür.

 
İnsan ürəyindən ömrü ərzində keçən qanın miqdarı, bütün gücü ilə işləyən mətbəx kranından 45 il ərzində axan suya bərabərdir.  Ürək döyünməsi ana bətninin 4-cü həftəsindən etibarən başlayır. 


Qadınlarda ürək orta hesabla dəqiqədə 78, kişilərdə isə 72 dəfə döyünür. 


Qədim misirlilər ürək və digər vacib orqanların bədən daxilində hərəkət etdiklərinə inanırdı. 


Gülmək insan ürəyini sağlamlaşdırır. Gülüş sayəsində ürək divarları daha yumşaq olur, qan dövranı isə təxminən 20 faiz sürətlənir. 


İl ərzində ən çox infarkt halları dekabrın son həftəsində və bazar ertəsi günləri baş verir.


İnsanın ürəyi elektrik impulslar yaradır. Buna görə də orqanizmdən kənarda da bir müddət işləyə bilir. 


Ürək əzələləri digər bütün əzələlərdən daha yüksək tempdə işləyir.