Xəbərlər

Dendrologiya İnstitutunda gənc ixtiraçıların sərgisi açılıb

Bakı, 14 iyun, AZƏRTAC

 

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Dendrologiya İnstitutunda gənc ixtiraçıların sərgisi açılıb.

 

AMEA-dan AZƏRTAC-a bildirilib ki, sərgi Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi və 26 iyun - Silahlı Qüvvələr Günü münasibətilə bu elmi müəssisə və 2 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzi tərəfindən təşkil edib. Sərgidə gənc ixtiraçıların əl işləri - gəmi, təyyarə, raket və digər qurğular nümayiş olunub.

 

Tədbirdə institutun direktoru, AMEA-nın müxbir üzvü Tofiq Məmmədov gənc kadrların yetişməsi istiqamətində görülən işlərdən söz açıb, istedadlı uşaqların sərgilərinin təşkil olunmasının vacibliyini vurğulayıb.

 

Sonda sərgidə iştirak edən müsabiqə qaliblərinə diplomlar təqdim olunub.