Bu maraqlıdır!

Meyvələrin faydası haqqında nə bilirik

Gavalı - Təzə və qurudulmuş qara gavalı təbabətdə yüngül işlədici kimi istifadə edilir. Qədim təbabətdə gavalını uzun sürən qəbizlikdə, mədə qıcqırmasında, aterosklekrozda, böyrək xəstəliklərində və revmatizmdə məsləhət görürdülər. O, iştaha artıran, mədə ağrısını kəsən və sidikqovucu kimi işlədilirdi. Gavalı hamıya xeyirlidir, xüsusən, bağırsaqları zəif işləyənlərə. Qara gavalının həlimi və kompotu gözəl yüngül işlədici vasitədir. 

 

Şaftalı - Həzmə son dərəcə faydalıdır, bədəndəki zərərli maddələri və toksinləri çıxarır. Sinir sisteminə yaxşı təsir göstərir, gərginliyi azaldır.Tərkibində A, B və C vitaminləri olan şaftalı vitamin və kalium mənbəyidir. Böyrək daşlarını əritməyə və böyrək daşlarının düşməsinə yardım edir. Ürək xəstəliklərinə və infarkta qarşı qoruyucudur. Şaftalı eyni zamanda sidik yolunu təmizləyir və sidikqovucudur. Şaftalının ən gözəl faydalarından biri babasilə yaxşı təsir etməsidir.

 

Üzüm - Üzüm immunitet sistemini qüvvətləndirir. Böyrək və qaraciyərin funksiyasını artırır, qaraciyər xəstəlikləri və qansızlığın müalicəsində təsirlidir. Qanın təmizlənməsinə, bədəndə yağların əriməsinə köməkçi olur. Bədəndə yığılan zərərli maddələrin çölə atılmasını təmin edir. Beynin enerji qaynağıdır.

 

Nar - İnsanın ürək-damar, mədə-bağırsaq, immun və s. sistemlərinə çox müsbət təsir edir, qanda hemoqlobinin səviyyəsini artırır. Qurdqovucu təsirə malikdir. Qan təzyiqini və qanda olan qlyükozanın səviyyəsini aşağı salır və bu səbəbdən nar hipertonik və diabetiklər (təbii ki, az miqdarda və turş sortlar) üçün çox xeyirlidir.

 

Heyva - Müalicəvi və profilaktik vasitə kimi skleroz, pankreatit, hipertoniya, anemiya və s. xəstəliklər zamanı istifadə etmək olar. Uşaqların sağlamlığını qoruyur, inkişafını və böyüməyi dəstəkləyir. Bir çox xəstəliyin sağalmasında istifadə edilən heyva ağciyər, boğaz, ürək, bağırsaq, mədə, göz və ağız xəstəliklərinin müalicəsində istifadə edilir. Sinir sistemini qüvvətləndirir.

 

Xurma - Möcüzəvi faydaları olan xurma haqqında belə bir deyim var: “Xurma həm meyvədir, həm dərmandır, həm içkidir, həm də şirniyyat”. Belə bi deyim də var ki, sağlamlığının qayğısına qalan insan xurma ilə dostluq edir. Maraqlıdır, bəs görəsən sağlamlıq üçün faydalı olan xurmanın orqanizmə hansı müsbət təsirləri var? Xurma insan sağlamlığı üçün təhlükə yaradan bakteriya, mikrob, parazit daşıyıcısı deyil. Əksinə, onun tərkibində elə maddələr var ki, onlar orqanizm üçün problem yaradan bakteriyaları və parazitləri məhv edir. Xurma beyinin fəaliyyətinə müsbət təsir göstərir, onun məhsuldarlığını 20 faizə qədər artırır.

 

Narıngi - Bu meyvədə gündəlik C vitamin tələbatının 31%-i mövcuddur. İmmuniteti möhkəmləndirir, yaşlanma əleyhinə gözəl vastədir. Sitrus meyvəsi olaraq Naringi fitonsitlərlə zəngindir, bu antibiotik təsiri xəstəlik törədən bakteriaları məhv edir. "Yeni il meyvəsi" temperatur və soyuqdəymə zamanı sağalma prosesində çox gözəl effekt verir, həm də o ağciyərləri də gözəl təmizləyir.