Xəbərlər

Uşaqlar üçün növbəti ekoloji laboratoriya təlimi keçiriləcək

Sentyabrın 29-da IDEA İctimai Birliyi və “Sevimli bala” təşkilatının birgə həyata keçirdiyi “Uşaqlar üçün ekoloji laboratoriya” layihəsi çərçivəsində növbəti təlim baş tutacaq.


Laboratoriyanın sentyabr təlimi “agaclar və fəsillər” mövzusuna həsr olunub. 


Təlimin əsas məqsədi uşaqların ətraf mühit və canlı aləm barədə biliklərinin artırılması, təbiətə sevgini, onu qorumağın vacibliyini uşaqlara öyrətməkdir. Təlimdə 6-11 yaş kateqoriyasındakı uşaqlar iştirak edəcək.