Təbiət

Mavi balina

Dünyanın ən böyük heyvanı mavi balinadır. Eyni zamanda, heyvanlar aləminin ən sürətlə böyüyən dəniz canlısıdır. Onun çəkisi 150 tona qədər çata bilir. Dünyada ən böyük və ən ağır olan bu heyvan hətta nəsli kəsilmiş dinozavrlardan da iridir. Çünki təbiətdə yaşamış ən böyük dinozavrın ağırlığı 80-90 ton olubmuş. 


Mavi balinalar əsasən tək, bəzən balası ilə birgə də yaşayır. Onlar uzun ömürlü heyvanlardır, 80 ilə qədər yaşaya bilirlər. Çox güclü səsə sahib olan balinalar dünyada ən yüksək səs çıxara bilən ikinci heyvandır. Mavi balinaların ən böyük düşməni Qatil balina adlı dəniz canlısıdır. Mavi balinalar dişsiz balıq növlərindəndir. Onların ovlanması 1966-cı ildən qadağa edilib. Dünyada mavi balinaların sayı təxminən 5-10 min arası qədərdir.