Təbiət

Dünyanın ən hündür ağacı: Hiperion

Dünyanın ən hündür ağacı San-Fransiskoda yerləşən Redvud Milli Parkındakı iynəyarpaqlı sekvoya-Hiperion (Hyperion) ağacıdır. Onun hündürlüyü 115.5 metr, təxminən 38 mərtəbəli bina hündürlüyündə, diametri isə 4.63 metrdir.


Bu günə qədər dünyanın ən yüksək ağacı “Stratosfer nəhəngi” adlandırılan sekvoya hesab edilirdi. İndi isə “Hiperion”. Bu sözün mənası qədim yunan dilindən tərcümədə “çox hündür” deməkdir. Qədim yunan əfsanələrində Hiperion adında bir nəhəng var idi.


Bütün dünyada hündürlüyü 100 metrdən yüksək olan 135 sekvoya aşkar edilmişdir. 


Sekvoya dünyanın ən hündür ağacı olmaqla yanaşı, həm də bütün planetdə ən uzun ömürlü canlıdır. Onu da qeyd edək ki, dünyanın ən yaşlı ağacı da Kaliforniya ştatındadır: sekvoya növünə məxsus bu ağacın yaşının 4650 il olduğu təxmin edilir.


Sekvoya ağacları dünyanın ən qəribə ağaclarından biridir. Bu nəhəng ağaclar həm uzununa həm də eninə doğru min illər boyu böyüyərək ən böyük ağaclara çevriliblər.


Sekvoya (mamont ağacı) (lat. Sequoia), çılpaqtoxumlular şöbəsinin sərvkimilər fəsiləsindən olan ağaclardır. Dünyada hazırda əlliyə yaxın 105 metrdən çox hündürlüyü olan sekvoya ağacları var.


Yerdə baş verən buzlaq dövründən əvvəl bu ağaclar bütün Şimal yarımkürəsində yetişib və onların altında dinozavrlar yaşayıb. Qazıntılar aparılan zaman məlum olub ki, sekvoyya ağacları Yura dövründə əmələ gəlib. Sekvoya yuxarıya doğru böyüyür, lakin böyüdükcə onun aşağı budaqları tökülməyə başlayır, yuxarıda isə işığı tam olaraq buraxmayan davamlı örtük yaranır və xırda ağaclar kifayət qədər işıq almadığına görə zəif inkişaf edir.