Son əlavə olunanlar

Bu maraqlıdır!

Danakil çökəkliyi – planetin qeyri-adi yeri

Danakil çölü - Şimali-Şərqi Afrika, Efiopiyada yerləşir. Yüz il bundan əvvəl Avropalılar tərəfindən aşkar edilib. Bura “Yer üzündəki cəhənnəm” də deyirlər. Dəniz səviyyəsindən aşağıda yerləşən bu yerdə torpaq səthinin hərarəti müsbət 70 dərəcəyə çatır. Bu əraziyə heç vaxt yağış yağmır. Qaynar lavası olan bir çox aktiv vulkan və göl var. Quru və isti havası zəhərli qazlarla doludur. Torpağın sarı yaşımtıl rəngi isə zəhər effekti verməklə itələyici bir görüntüyə malikdir. Əraziyə giriş rəsmən qadağan edilməsə də heç kəs könüllü olaraq yolunu bu çökəklikdən salmır.

Tülkülər kəndi

Yaponiyanın Miyaqi bölgəsində Dzao Kitsune Mura adlı kənd var. Kənd “Tülkülər kəndi” də adlanır. Səbəbi, bu kənddə xoşbəxt, gülərüzlü tülkülərin yaşamasıdır.

Böyük Sədd Rifi

Avstraliyanın şimalında Korall dənizində  2600 kilometr boyunca 344.4 km² sahəni əhatə edən mərcan rif divarı uzanır. Buranı “Böyük rif səddi” adlandırırlar. Avstralyanın Kvinslənd (Queensland) vilayətinin sahilləri boyunca yerləşir və gəmiçiliyə mane olur.

Planetimiz haqqında bilmədiyiniz 10 fakt

1. Yer kürəsinin qütbləri öz yerini dəyişir Hamımız bilirik ki, Şimal qütbü Alyaskadan yuxarıda, Cənub qütbü isə Antarktidanın mərkəzində yerləşir. Lakin planetin coğrafi və maqnit qütbləri eyni deyil. Son 20 milyon il ərzində Yerin maqnit qütbləri dəyişdi, yəni 800 min il əvvəl əlinizdə bir kompas olsaydı onda kompasın oxu Şimalı məhz Antarktidada təyin edərdi.

Nağılların uşaqlara təsiri

Uşaqları kompleks və qorxulardan azad etmək üçün psixoloqların bir neçə müalicə üsulu var. Onlardan biri də uşaqlara nağıl danışmaqdır. Nağılları dinləməklə uşaqlarda qorxu hissi məhv olur, onlarda özgüvən və sərbəstlik hissi artır.

Zebraya zolaqlar niyə lazımdır

Alimlər zebranın bədənində olan zolaqların mahiyyətini başa düşmək üçün çoxlu eksperimentlər qoymuş və nəzəriyyələr əsaslandırmışlar. Məsələn, iddialardan birinə görə zebraya zolaqlar onu başqalarının tanıması üçün lazımdır. Başqa nəzəriyyə - bu zolaqların zebranı yırtıcı heyvanlardan qoruması fikrinə əsaslanır. Bununla belə, Afrikanın zolaqlı atının belə olmasının səbəbi dəqiq surətdə məlum deyildir.