Son əlavə olunanlar

Bu maraqlıdır!

Banan - müdrik insanın meyvəsi

Banan giləmeyvədir. Banan bitkisi isə bərk oduncağı olmayan iri bitkidir: gövdəsinin hündürlüyü bəzən 10 metrə, diametri 40 santımetrə çatır. Belə bir bitkidə adətən ümumi çəkisi 500 kiloqrama qədər olan 300 meyvə yetişir.  

Birləşmiş Krallıq və Böyük Britaniya arasındakı fərq nədən ibarətdir?

Birləşmiş Krallıq – İngiltərə, Şotlandiya, Uels və Şimalı İrlandiyadan ibarətdir. Onun tam adı Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığıdır.   

Təbii mayak

Siz bilirsinizmi ki, ən məşhur təbii mayak harada yerləşir? Dünyanın bütün dənizçiləri Mərkəzi Amerikanın sahillərində yerləşən, hündürlüyü təxminən 2000 metr olan İsalko vulkanını tanıyırlar.

Xəzər dənizinin balıqları

Xəzər dənizi Avropa və Asiya qitələrinin kəsişməsində yerləşir. Sahəsi 380 min kvadratkilometrdir. Suyunun səviyyəsi dəyişkəndir. Hazırda Xəzərin dünya okeanı səviyyəsi okean səviyyəsindən təqribən 28 metr aşağıdır. Xəzər dənizinin dünyanın başqa iri su hövzələrindən əsas fərqi dünya okeanı ilə birbaşa əlaqəsinin olmamasıdır.

Konsert

"Konsert"  sözünün iki mənşəyi var: o, latın dilində iki sözdən birdən yaranıb -  "concentare" – yarışmaq və "concerto" – ahəng.   

Beynəlxalq Qırmızı Xaç və Qızıl Aypara hərəkatı

Beynəlxalq Qırmızı Xaç və Qızıl Aypara hərəkatı dünyanın ən böyük humanitar təşkilatıdır. Onun məqsədi, əsasən silahlı münaqişələr və digər fövqəladə vəziyyətlər zamanı insan iztirabının yüngülləşdirilməsi, insanların həyatı və sağlamlığının qorunması və insan ləyaqətinin müdafiəsidir.