Son əlavə olunanlar

Xəbərlər

Mayın 8-i Beynəlxalq Talassemiya Günüdür

Beynəlxalq Talassemiya Günü hər il mayın 8-də bütün dünyada qeyd olunur və bu gün talassemiya xəstəliyindən əziyyət çəkən insanların problemlərinə diqqət çəkmək, cəmiyyətdə maarifləndirməni gücləndirmək məqsədi daşıyır. Beynəlxalq Talassemiya Günü yalnız tibbi əhəmiyyət daşımır, eyni zamanda, insanlarda sosial məsuliyyət hissinin formalaşmasına, xəstələrə qarşı həssas münasibətin yaranmasına xidmət edir. Dünyanın müxtəlif ölkələrində Beynəlxalq Talassemiya Günü münasibətilə konfranslar, maarifləndirici kampaniyalar, qanvermə aksiyaları və sosial layihələr həyata keçirilir.  

7 May- Beynəlxalq Planetariumlar Günüdür

Beynəlxalq Planetariumlar Günü hər il mayın 7-də dünyanın bir çox ölkəsində qeyd olunur.  

Sosial missiya: Kukla Teatrı sığınacaq sakinlərinin qonağı olub

Azərbaycan Dövlət Kukla Teatrı nümayəndələri sənət ocağının 95 illik yubileyi münasibətilə həyata keçirilən sosial-mədəni aksiyalar çərçivəsində Azərbaycan Uşaqlar Birliyi – Uşaq Sığınacağı Reinteqrasiya Mərkəzinin qonağı olublar.  

Şimal-qərb bölgəsinin 30 məktəblisi respublika fənn olimpiadalarında medal qazanıb

2025-2026-cı tədris ilində keçirilən respublika fənn olimpiadalarının final mərhələsinin nəticələrinə əsasən, Şəki-Zaqatala Regional Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil müəssisələrində təhsil alan şagirdlərdən 5 nəfər qızıl, 5 nəfər gümüş, 20 nəfər isə bürünc medal qazanıb.  

Bu gündən uşaqların I sinfə qəbulu prosesi başlayır

Mayın 6-sı saat 15:00-dan etibarən 2026-2027-ci tədris ili üzrə ümumi təhsil müəssisələrinin birinci siniflərinə şagird qəbuluna start verilir.  

Bu gün Beynəlxalq Astma Günüdür

Ümumdünya Astma ilə Mübarizə Günü və ya Beynəlxalq Astma Günü hər il may ayının ilk çərşənbə axşamı keçirilən tədbirdir. Bu gün Qlobal Astma Təşəbbüsünün himayəsi altında və Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) dəstəyi ilə qeyd olunur.