Son əlavə olunanlar

Xəbərlər

Bu gün Yel çərşənbəsidir

Bu gün Azərbaycanda Novruzun üçüncü çərşənbəsi olan Yel çərşənbəsi qeyd edilir. Xalq arasında “Külək oyadan çərşənbə”, “Küləkli çərşənbə”, “Yelli çərşənbə” və “Heydər çərşənbəsi” kimi tanınan Yel çərşənbəsi ilaxır çərşənbələrin üçüncüsüdür. Bu çərşənbə ilə bağlı xalq arasında bir çox maraqlı adət var. Bu gün küləyin istiqamətinə baxaraq hava proqnozu verməyə çalışırlar. Əgər isti yel əsərsə, yazın tez gələcəyinə, soyuq yel əsərsə, havaların bir müddət də sərt keçəcəyinə inanılır.  

10 Mart - Milli Teatr Günüdür

Bu gün Azərbaycanda teatrın yaranmasının 153-cü ildönümüdür. Azərbaycan teatr sənəti qədim və zəngin tarixi yol keçib. 1873-cü il martın 10-da Bakı Realnı Məktəbinin teatr həvəskarları truppası tərəfindən Mirzə Fətəli Axundzadənin “Sərgüzəşti-vəziri-xani Lənkəran” komediyası nümayiş etdirilib. Bu tamaşa ilə Azərbaycanda milli teatrın əsası qoyulub.  

Kuklaçılar premyeraya hazırlaşır

Martın 14-də Azərbaycan Dövlət Kukla Teatrında “Quyruqsuz Dovşan” tamaşasının premyerası olacaq.  

“Sağlam nəsil – parlaq gələcək” layihəsinin icrasına başlanılıb

Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən ümumi təhsil müəssisələrinin V–XI sinif şagirdlərinin iştirakı ilə “Sağlam nəsil – parlaq gələcək” layihəsinin icrasına başlanılıb. Layihə məktəblilərin sağlam həyat tərzinə təşviqi və zərərli vərdişlərdən uzaq tutulması məqsədi daşıyır.  

5 mart - Bədən Tərbiyəsi və İdman Günüdür

Hər il martın 5-i Azərbaycanda Bədən Tərbiyəsi və İdman Günü kimi qeyd olunur.  

Məktəblilərə qalib ölkənin əsgəri olmağın üstünlükləri haqqında danışılıb

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (SHXÇDX) təşkilatçılığı ilə Gəncə şəhərində tədbir keçirilib.