Son əlavə olunanlar

Xəbərlər

Məktəbəhazırlıq qruplarına sənəd qəbuluna başlanılıb

Avqustun 15-dən respublika üzrə ümumtəhsil müəssisələrində məktəbəhazırlıq qruplarına sənəd qəbulu başlanıb.  

Autizmdən əziyyət çəkən uşaqlara kömək edən robot təqdim edilib

Lüksemburq Universitetinin alimləri tərəfindən yaradılmış “LuxAI” startapı “QTrobot” adlı robot təqdim edib. Bu, autizm spektr pozğunluğundan əziyyət çəkən uşaqların müalicəsi məqsədilə hazırlanıb.

Stolüstü tennis üzrə yeniyetmələrdən ibarət Azərbaycan və İran yığmaları birgə təlim-məşq toplanışı keçirirlər

Stolüstü tennis üzrə yeniyetmələrdən ibarət Azərbaycan və İran yığma komandalarının birgə təlim-məşq toplanışı davam edir.

Gəlmə kəndində tikilən körpələr evi-uşaq bağçasında son tamamlama işləri görülür

Prezident İlham Əliyevin 2018-ci il 12 fevral tarixli Sərəncamı ilə ayrılan 963 min manat vəsait hesabına Zərdab rayonunun Gəlmə kəndində inşa edilən 60 yerlik körpələr evi-uşaq bağçasında son tamamlama işləri görülür.  

Reabilitasiyayönümlü sosial xidmətlərlə təmin edilən uşaqların ifasında bədii-musiqili proqram maraqla qarşılanıb

Beyləqan rayonundakı “Günərzi Qayğı Mərkəzi”ndə reabilitasiyayönümlü sosial xidmətlərlə təmin edilən uşaqların ifasında “Hər birimiz bir çiçək” adlı bədii-musiqili proqram təqdim olunub.

Gələcəkdə beynəlxalq səviyyəli gimnastika yarışlarında Azərbaycanı uğurla təmsil etmək istəyirəm

Çempionatdan əvvəl çətin və gərgin məşqlər keçirirdik. Qızıl medal almaqdan daha çox yaxşı çıxış elədiyimə və istədiklərimi bacardığıma sevinirəm.