Son əlavə olunanlar

Xəbərlər

Bağçalara növbəyə yazılma prosesi davam edir

2025-2026-cı tədris ili üzrə oktyabrın 2-dən etibarən məktəbəqədər təhsil müəssisələrinə növbəyə yazılma prosesi davam edir.  

Bu gün Ümumdünya Fəlsəfə Günüdür

Hər il noyabr ayının üçüncü cümə axşamı Ümumdünya Fəlsəfə Günü kimi qeyd edilir.  

20 noyabr- Ağdam Şəhəri Günüdür

Noyabr ayının 20-si Ağdam şəhəri günüdür.   

Noyabrın 17-si Azərbaycanda Milli Dirçəliş Günüdür

Ermənilərin 1988-ci ilin noyabrında Şuşanın Topxana meşəsində tikinti işləri aparmaq məqsədilə ağacları kəsməyə başlaması və mətbuatda bu barədə məlumatın dərc edilməsi xalqımızda böyük hiddət doğurdu. Yüz minlərlə insan paytaxtın baş meydanına axışaraq bu hadisəyə etirazını bildirdi. Noyabrın 17-dən dekabrın 4-dək həmin meydanda izdihamlı etiraz mitinqləri keçirildi, xalqın ayrı-ayrı təbəqələrinin nümayəndələri tribunaya çıxaraq bu özbaşınalığın və qanunsuzluğun qarşısının alınmasını tələb etdilər. Meydanda 18 gün fasiləsiz davam edən etiraz aksiyalarında milli azadlıqla bağlı şüarlar səsləndirildi.  

Məktəblərdə payız tətili başlayır

Noyabrın 16-dan ümumi təhsil müəssisələrində payız tətili başlayır.

Noyabrın 14-ü Ümumdünya Diabetlə Mübarizə Günüdür

1991-ci ildən etibarən Ümumdünya Səhiyyə Təşkilatı və Beynəlxalq Diabet Federasiyasının təşəbbüsü ilə noyabrın 14-ü Ümumdünya Diabetlə Mübarizə Günü kimi qeyd olunur. 2007-ci ildən həmin gün BMT-nin himayəsi altında keçirilir. 2006-cı ildə BMT Baş Assambleyası şəkərli diabetlə bağlı qətnamə qəbul edib. Qətnamənin qəbul olunmasında məqsəd ictimaiyyəti xəstəliyin yaranma səbəbləri, əlamətləri, fəsadları, müalicəsi və profilaktikası barədə məlumatlandırmaq, inkişafının qarşısının alınması yollarını araşdırmaqdır.