Son əlavə olunanlar

Xəbərlər

“Qobustan” oyunu 54 327 nəfər istifadəçi tərəfindən yüklənib

Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə yerli mütəxəssislər tərəfindən “Google Play” tətbiqetməsində Azərbaycanın qədim sakinləri barədə “Qobustan” adlı oyun hazırlanıb. Nazirliyin mətbuat xidmətindən AzərTAc-a bildiriblər ki, oyun orijinal süjet xətti, çox gözəl dizaynı, personajları və musiqi tərtibatı ilə seçilir.

Moskva uşaq teatrları Bakıda “Çipollinonuin macəraları” və “Çəkməli pişik” tamaşalarının təqdim edəcək

Əziz uşaqlar! “Çipollinonun macəraları” və “Çəkməli pişik” nağıllarını yəqin ki, xatırlayırsınız.  Bakıda ilk dəfə Səməd Vurğun adına Azərbaycan Dövlət Rus Dram Teatrının səhnəsində Moskva uşaq teatrlarının aparıcı artistlərinin “Çipollinonun macəraları” və “Çəkməli pişik” tamaşalarının premyerası ilə qastrolu olacaq.

Bioloqlar zebrin zolaqlı olmasının səbəbini iqlimlə əlaqələndirirlər

Amerika alimləri zebrin zolaqlı olmasının səbəbləri barədə mülahizələr yürüdüblər. Bu mülahizələr “Royal Society Open Science” elmi jurnalında dərc olunmuş məqalədə yer alıb.   

Fevral ayında Rus Dram Teatrında uşaqlar üçün maraqlı tamaşalar göstəriləcək

Əziz uşaqlar! Səməd Vurğun adına Azərbaycan Dövlət Rus Dram Teatrının 2015-ci ilin fevral ayında sizin üçün nəzərdə tutulan repertuarını təqdim edirik.

Gecə planşetdə elektron kitab oxumaq sağlamlığa ziyandırmı?

ABŞ alimləri müəyyən ediblər ki, gecə planşet və smartfonda oxuyan adamlarda yuxu problemi keyfiyyətli E-lnk bukriderini və ənənəvi çap məhsulunu üstün tutanlardan daha çox olur. Planşet pərəstişkarları həmçinin daha çox yorulur və daha pis yatırlar. Bu barədə məlumat Proceedings of the National Academy of Sciences saytında yer alıb.

Bədii yaradıcılıq uşaqlarda gözəllik hissini inkişaf etdirir

Yanvarın 13-də Yasamal rayonundakı 117 nömrəli uşaq bağçasında “Qış nağılı uşaqların gözü ilə” adlı sərgi keçirilib. Sərgidə bu məktəbəqədər təhsil ocağının yetirmələrinin  tərbiyəçilərin və valideynlərin köməyi ilə Yeni il mövzusunda hazırladıqları dekorativ əl işləri nümayiş etdirilib.