Son əlavə olunanlar

Nağıllar, hekayələr

Mark Tven. Heklberri Finnin macəraları. XLI fəsil

Mən doktoru yuxudan ayılarkən gördüm ki, bu qoca, zahiri görkəmdən xoşagələn və mülayim bir adamdır. Mən ona dedim ki, dünən qardaşımla birlikdə İspan adasında ov edirdik, orada bir sal tapıb onun üstündə gecələməyə qaldıq, gecə yarı qardaşım, görək ki, yuxulu-yuxulu tüfəngi bilməyib itələmiş, güllə açılıb onun ayağına dəymişdir; indi doktordan xahiş edirik ki, oraya gedib onun yarasına sarısın, amma bu  barədə heç kimə bir söz deməsin, çünki biz elə bu axşam evə qayıtmaq istəyirik, qohumlarımız isə hələ heç bir şey bilmirlər.   

Qara ilan. Azərbaycan xalq nağılı

Belə deyirlər ki, bir bağban varmış. Bu bağbanın gözünün ağıqarası bir oğlu varmış. Bu bağban oğluna yaxşı tərbiyə veribmiş. Bir gün bağban həyətində yer belləyəndə bir qara ilanla ağ ilanın bir-birinə sarmaşıb yatdığını görür. Bağbanın ağ ilanın qara ilanla sarmaşıb yatdığına acığı tutur, o bel ilə qara ilanı vurmaq istəyir, bel ağ ilana dəyir. 

Hatəm və qoyun dərisinə girmiş qurd

Biri var idi, biri yox idi, Hatəm adlı bir cavan oğlan var idi. O, anası ilə birlikdə yaşayırdı. Hatəmin bir iti, bir keçisi, bir toyuğu var idi. Bütün ili hər gün toyuq bir yumurta, keçi də bir sərnic süd verirdi. Bu südlə yumurta ana-balanı el-elə, baş-başa dolandırırdı. Hatəm toyuğa sarı buğda, keçiyə qara yonca, itə isə san fətir yedirirdi.  

Mark Tven. Heklberri Finnin macəraları. XL fəsil

QARMAQARIŞIQLIQ VƏ XOŞBƏXTCƏSİNƏ XİLASOLMA  

Mehriban Nağıyeva. Tənbəl qarğa

Biri var idi, biri yox idi. İki qarğa var idi. Bu qarğalardan biri tənbəl, digəri isə çox zəhmətkeş, qoçaq idi. Onlar bir-biri ilə qonşu idilər. Tənbəl qarğa bütün gün yeyib-içib, əylənirdi. Qoçaq isə bütün günü zəhmət çəkib qış fəslinə azuqələr toplayırdı. Odun, çör-çöp daşıyır, zəmilərə baş vurur, buğdaları toplayıb yuvasına gətirirdi. Bunu seyr edən tənbəl qarğa tənə ilə deyirdi:   

Mark Tven. Heklberri Finnin macəraları. XXXIX fəsil

Səhər biz şəhərə getdik, məftil siçovul tələsib alıb evə gətirdik və ən böyük siçovul yuvasının ağzını açdıq; heç bir saat da keçmədi ki, on beş dənə siçovul - özü də ən yekə siçovullar, - tutduq! Biz siçovul tələsini etibarlı bir yerə, Salli xalanın çarpayısının altına qoyduq. Sonra hörümçək dalınca getdik, biz qayıdana kimi kiçik Tomas Franklin Bencamen Cefferson Aleksander Felps onu çarpayının altından tapmış və siçovulların çıxıb-çıxmayacaqlarını yoxlamaq üçün qapısını açmışdı; əlbəttə, siçovullar yerlərində oturmamış, çıxmışdı; bu vaxt Salli xala da oraya gəlmişdi. Biz qayıdanda gördük ki, Salli xala çarpayının üstündə dayanıb var qüvvəsilə çığırır; siçovullar isə o darıxmasın deyə bacardıqları qədər səy göstərirdi.