Son əlavə olunanlar

Nağıllar, hekayələr

Mehriban Nağıyeva. Aylanın nağıl dünyası

Ayla nağılları çox sevərdi. Hər axşam nağıl dinləməmiş yuxuya getməzdi. Ana və atası işdən yorğun gəldiyindən ona babası ilə nənəsi bir-birindən gözəl nağıllar söylərdilər. Xüsusilə babası nağılları heyvanların dili ilə o qədər maraqlı söyləyərdi ki, Ayla elə bilərdi həqiqətən bu heyvanların arasındadı. Elə bilirdi ki, meşəyə düşüb və ətrafında çoxlu vəhşi heyvanlar var. Ayla bu vəhşi heyvanlardan heç vaxt qorxmazdı. Çünki yaxşı bilirdi ki, xeyirxahlıq hər zaman qələbə çalır.

Mehriban Nağıyeva. Mahnı oxuyan toyuq

Kəkilli fərə mahnı oxumağı çox sevərdi. Özü də hər dəfə yumurtlamamış başlayırdı oxumağa. Hamı bilərdi ki, kəkilli fərənin yenə yumurtası var. Bir xeyli mahnı oxuyardı, sonra yumurtlayardı. Dostları çox sevərdi onun oxuduğu mahnıları. Amma hindəki bəzi toyuqlar hövsələdən çıxardı.  

Mehriban Nağıyeva. Gözəl bağça, şən bağça

Salatının 5 yaşı var idi. Onun adını bağçaya yazdırsalar da, hey şıltaqlıq edir, heç cür bağçaya getmək istəmirdi.

Mehriban Nağıyeva. Yaralı qaranquş

Fuad çox dəcəl oğlan idi. Bağdakı kəpənəkləri, böcəkləri incidirdi həmişə. Yazıq quşlara da göz verib işıq vermirdi, daş atıb onların rahatlığını pozurdu. Dəfələrlə ata-anası ona nəsihət versə də, dəcəlliyindən qalmırdı ki, qalmırdı. Bir gün o, yuxudan oyanıb ətrafa boylandı. Evdə nənə-babasından başqa, heç kim yox idi. Bacısı Lalə məktəbə, ata-anası isə işə getmişdi. Eyvanda dayanıb o tərəf-bu tərəfə baxdı. Birdən qulağına səs gəldi. Bir qaranquş eyvanda özünə yuva qurmuşdu. Yuvanın içində ətcə balalar civildəyirdi. Tez nərdivanı gətirdi. Əlinə taxta parçası alıb yuxarı dırmaşdı. Yuvanın içinə baxmaq istəyirdi. Ətcə balalar, deyəsən, təhlükəni hiss etmişdilər. Onlar ucadan cikkildəməyə başladı. Qəfildən Fuad taxta parçası ilə yuvaya vurmağa başladı. Bu zaman hardansa bir qaranquş uçub gəldi. Sən demə, bu, ətcə balaların anası imiş. Ana qaranquş fəryad edərək qanadlarını açıb balalarını altına yığdı. Fuad taxta parçası ilə yuvaya vurmağa davam edirdi. Bundan hirslənən ana qaranquş Fuadın əlini dimdiklədi.  

Təbiət və uşaq

Biri var idi, bir yox idi. Qonşu kəndlərin birində bağçada oyun oynamağı çox sevən Kamran adlı bir uşaq yaşayırdı. Kamran hər gün rəngarəng kəpənəklər, qızılgüllər və çiçəklər arasında qaçırdı. Təbiətlə ilk dəfə tanış olan Kamran hər dəfə sıçrayan bir qurbağa və ya otlayan bir inək gördükdə sevinərək: "Hər şey nə qədər gözəl və əyləncəlidir” -,deyə düşünürdü.  

Zahid Xəlil. Ev əşyalarının yeri dəyişir

Kəmalənin еvə gəlişi ilə bütün işlər baş ayaq oldu. Əvvəlcə ev əşyalarına bir əl gəzdirildı. Aydındır ki, Kəmalənin çarpayısından başlandı. Çarpayı tərsinə qoyuldu. Ana əvvəlcədən bilirdi ki, əgər Kəmalənin çarpayısının yeri dəyişməsə qızının qırıq patefon ciyiltisinə oxşayan cır səsi aləmi başına götürəcəkdi. Çarpayı tərsinə qoyulandan sonra gərək döşək də tərsinə salınaydı. Ancaq ana nə qədər əlləşdisə bunu edə bilmədi. Çünki döşəyi hansı üzünə saldısa elə düz göründü. Qızın isə səsi kəsmirdi ki, kəsmirdi. Yaxşı ki, ata işə qarışdı. Onlar yorğanı uşağın altına döşəyi isə üstünə saldılar. Bu başqa məsələ. Kəmalə belə bir yatacaqda keyfi istəyən qədər qığıldana bilərdi.