Şeirlər

Samuil Marşak: "Sərçə, harda yedin, doydun?"

-     Sərçə, yeyib doydun harda?
-     Zooparkda, zooparkda!
Əvvəl qəfəsə girdim,
Şirin yanında yedim.
Tülkü ilə görüşdüm,
Morjdan su alıb içdim.
Fil yerkökü verdi mənə,
Duma dan dərdi mənə.
Kərgədana oldum qonaq,
Kəpək yedim ağappaq.
Uzunquyruq kenquru da
Qonaqladı məni orda.
Əyripəncə ayının
Yedim bayram payını.
Timsah açdı cəngini,
Az qala, udsun məni.