Şeirlər

Xanımana Əlibəyli. “İki oğlan”

Əlində zənbil yenə,
Gedirdi qoca nənə
Sahil küçəsilə tək.
Dənizdən əsən külək,
Qarmaq kimi elə bil,
Onun belini əydi,
Nənə üzüstə dəydi.
Əlindən düşdü zənbil.
Dağıldı kartof, soğan.
Çıxanda iki oğlan
Məktəbin həyətindən,
Gördülər onu tindən.
Oğlanın biri qaçdı,
Nənəni qaldımağa,
Biri kənarda durub,
Başladı qımışmağa.
Birilə dostluqda mən,
Axıra kimi varam.
Deyin görüm o gündən
Hansıyla dəydi aram?