Arximed qüvvəsi
Topu suya batırıb əlimizdən buraxdıqda o, suyun səthinə çıxır.
Topu suya batırarkən müəyyən bir qüvvənin topu yuxarı itələdiyini müşahidə edirik. Topun suya batan hissəsi artdıqca həmin qüvvə də artır. Əlimizi topdan çəkdikdə isə bu qüvvə topun suyun səthinə çıxmasına səbəb olur.
Mayeyə batırılan cisimlər maye tərəfindən itələnir. Topu suyun səthinə çıxaran qüvvə suyun itələmə qüvvəsidir. Bu qüvvəyə yunan alimi Arximedin şərəfinə Arximed qüvvəsi də deyilir.
Arximed qüvvəsi cismin mayeyə batan hissəsinin həcmi artdıqca artır və bu qüvvə cismə təsir edən ağırlıq qüvvəsinin əksinə yönəlir.
03.07.2026