İbrahim Yusifoğlu. Futbolçu, Topçu, Gopçu
Bizim bu Araz bala,
Bir azcana gopçudu.
Bir azcana topçudu,
Bir az da futbolçudu.
Bu gopçu futbulçunun
Alabəzək topu var.
Bu futbolçu topçunun,
Uzunlülə topu var.
Topu vurcaq qapıya,
Qışqırır ki, “qoldu qol”.
Topsa keçmir qapıdan,
Hamı gülür, soldu, sol!
Quşları hey səsləyir,
Tez həyətə səpir dən.
Topuyla atəş açır,
Od çıxmır lüləsindən.
Siz bir baxın Araza,
Elə deyir topçudu.
Çox güclü futbolçudu.
Ancaq hamı bilir ki,
Bir balaca gopçudu.