Bu maraqlıdır!

Daşdan incəsənət əsəri yaratmaq olarmı?

Bir çox daşlar insan üçün böyük maraq kəsb edir. Bir çox əsrlər insanlar daşlardan incəsənət əsəri yaratmaq üçün istifadə ediblər. Məsələn, lazım olan qaydada kəsilib yonulmuş qranit və mərmərdən heykəllər, sütunlar, masalar, döşəmələr və s. yaradırdılar. Silisiumdan müxtəlif fiqurlar, dekorativ vazalar və s düzəldirdilər. Bundan başqa, daşlardan evlərin və sarayların tikintisində istifadə edirdilər. Məsələn, şist, mərmər, qranit və qumdan ən gözəl evlərin tikintisində istifadə edirdilər.