Təbiət

Squatina californica: “Dəniz mələyi” köpəkbalığı

Beynəlxalq Qırmızı Kitaba "Nəsli kəsilməkdə olan" növ kimi düşən “Dəniz mələyi” köpəkbalığına (Squatina californica) Atlantikanın şimal-şərq dənizlərində 150 m dərinlikdə, isti və mülayim zonalarda rast gəlinir. 


Görünüşcə skatlara bənzəyən bu növ köpəkbalığı nümayəndələri çox vaxt okeanın dibində olur və əsasən xırda balıqlarla qidalanırlar. 


Dəniz mələyi köpəkbalığının skatlardan fərqləndirici əsas xüsusiyyəti - qəlsəmə yarıqlarının yerləşməsidir: köpəkbalığında onlar yanlarda, skatlarda idə aşağıda, ağızın yanında yerləşir. Bu köpəkbalığı, skatlarda olduğu kimi, böyük üzgəclərin yellənməsi səbəbindən deyil, quyruğunun hərəkətləri səbəbiylə üzür.


Uzunluğu təqribi 1,52 m-dir. Bu köpəkbalığı yumurta qoyaraq tək səfərdə 20-25 bala dünyaya gətirir. Qida rasionunu əsasən onurğasızlar (mollyuskalar) və xərçəngkimilər təşkil edir.


Ümumiyyətlə, bu köpəkbalığı insanlar üçün təhlükəli deyil, lakin narahat olduqda ciddi yaralara səbəb ola bilərlər. Ticarət məqsədilə sayı yox olmaq üzrədir.


İlk dəfə “Təbiətin Sistemi”nin 10-cu sayında Karl Linney (canlı orqanizmlərin təsnifləşdirilməsinin əsasını qoymuş məşhur isveçli həkim, naturalist və fizik) tərəfindən elmi şəkildə izah edilmişdir.