Şeirlər

Mirvarid Dilbazi. “Payızın səyahəti”

Payız gəldi, quşlar köçdü,
Qalın meşə qaldı çılpaq.
Payız yeli heyvanlara
Xəbər verdi: – Yağacaq qar!
Çəpgöz ayı, yumru kirpi,
Yanlarında qara böcək
Dedilər ki, qış gəlməmiş,
Yuvalara enək gərək.