Bu maraqlıdır!

El Cem Amfiteatrı

El Cem amfiteatrı Afrikada, Tunisin eyni adlı şəhərində yerləşir. 1979-cu ildə YUNESKO-nun Dünya mirası siyahısına əlavə edilib. 

 

Bu antik teatr, 238-ci ildə, Sezarın dövründə, qədim Tizdr şəhərində tikilib. El Cem amfiteatrı ölçüsünə görə Roma və Kapuyadan sonra üçüncü yerdədir. Afrikada bir bənzəri yoxdur, digər amfiteatrlar kimi cəngavər oyunlarına baxmaq məqsədilə inşa edilib. 

 

Oval şəkilli bu teatr, 148 x 122 m-dir. Təqribi 35 min nəfərlik amfiteatr, düz torpaq üzərində iri daş bloklarından tikilib. El Cem amfiteatrı eyni yerdə tikilmiş üçüncü amfiteatrdır. 

 

İnanclara görə, əvvəl yerli vali, sonradan isə imperator olmuş III Gordian tərəfindən tikilib. Orta əsrlərdə, qala rolunu oynayıb, 430-cu ildə vandalların, 647-ci ildə isə ərəblərin hücumu zamanı əhali buradan sığınacaq kimi istifadə edib. 

 

XIX əsrin ikinci yarısında teatrdan dükan, yaşayış yeri və taxıl anbarı kimi istifadə edilib.

 

Məşhur “Qladiator” filminin bəzi səhnələri El Cem amfiteatrında çəkilib.