Bu maraqlıdır!

Hər yerə yapışa bilən remora balıqları

Remora balığı - başının alt tərəfində olan qəribə quruluşuna görə demək olarki hər yerə yapışa bilən balıq növüdür.

 

Qədim yunanlar onları gəmilərin yerdən hərəkət etməsinə mane olan balıqlar kimi bilirdilər. Əsasən köpək balıqları, balinalar, tısbağalar və dəniz inəklərinə  yapışırlar.

"Echeneidae" komandasından olan bu balıqların boyu 30-90 sm, çəkisi isə 2 kq-dır. Rəngini dəyişə bilirlər.

 

Bu növ balıqlar suda geriyə doğru hərəkət edə və qıvırcaqlı şəkildə üzməyi bacarırlar. Bu xüsusiyyətinə görə də həmin balıqlar "ən yaxşı üzən balıqlar" sırasındadır. Remoralar, əsasən, tropik bölgələrdəki açıq dənizlərin sakinləridir.

 

Adətən yaşadığı yerlər Orta Atlantik və Ağdənizdir. Bu yerlərdə iyun və iyul aylarında olurlar, avqust və sentyabr aylarında isə isti bölgələrə köç edərlər.