Təbiət

Marko Polo qoçu

Marko Polo qoçu yaxud Arxar ( lat. Ovis ammon və ya Ovis ammon musimon) — Orta Asiyanın dağlıq bölgələrində yaşayan vəhşi qoçların ən böyük nümayəndəsidir.

 

Qoç Beynəlxalq Qırmızı Kitabda yer alıb və ətraf mühit təşkilatları tərəfindən qorunur.

 

Arxarlar ev qoyunlarının əcdadları sayılır. Aralıq dənizi adalarının bir neçəsində, Orta , Mərkəzi, Şimal-şərqi, Şimali Asiyada və Şimali Amerikanın qərbində yayılmışdır. Bu heyvanlar dəniz səviyyəsindən 5500 metr yüksəklikdə , açıq yamaclarda yaşayırlar. Payızda çütləşmə dövründə böyük sürülər əmələ gətirirlər. Arxarların hamiləlik dövrü 170 gün sürür. Bundan sonra onların 1-2 balası dünyaya gəlir.

 

Arxarların kütləsi 200-220 kq olur. Dişilər nisbətən kiçik olur. Ölçulərindən başqa dişilərdə buynuz olmur, olarsa da 10-30 sm olur. Marko Polo qoçu bütün qoyun ailəsinin ən möhtəşəm və iri buynuzlusudur.

 

Arxarlar əsasən, düz relyefə malik, açıq və çəmən ərazilərlə örtülmüş, nazik dağ yamacları, yaylalar, möhkəm dağətəyi düzənlikləri və kiçik təpələrə üstünlük verirlər. Dik qayalardan, dik yamaclardan və ya dar dərələrdən qaçınmaq, bu qoçları dağ keçisindən kəskin şəkildə fərqləndirir.

 

Əksər bölgələrdə, Marko Polo qoçu mövsümi miqrasiya edir. Əsasən səhər, axşam və qismən gecələr otlayırlar. Günün isti saatlarında dincəlirlər. Qışda gündüz fəaldırlar.

 

Marko Polo qoçunun əsas düşməni canavardır. Bəzi bölgələrdə bu qoçlar qar bəbiri üçün əsas yemdir.

 

Əsasən ot mənşəli bitkilər ilə qidalanır, dənli bitkilərə də üstünlük verirlər.