Şeirlər

D.Mehdiyev. "Milçək və bal arısı"

Milçək güllü bir bağda
Əyləşmişdi budaqda.
Gördü Arı bal çəkir
Hər güldən,
Hər çiçəkdən...
Üz tutub o, Arıya,
Söhbət saldı araya.
Dedi ki, yığdığın bal
Süfrəyə gələcəkdir.
Zəhmətinin barını
Milçəklər yeyəcəkdir.
Arı gülüb söylədi:
– Müftəxora yermi var?
Gedərsən, boğazından
Tutub çölə atarlar.