Görkəmli şəxsiyyətlər

Ulf Stark

Məşhur İsveç yazıçısı və ssenaristi Ulf Stark 1944-cü ildə Stokholmda diş həkimi ailəsində anadan olub. Dünyanın ən məşhur və oxunan uşaq yazıçılarından biri hesab olunur.

 

Anasının erkən ölümü yazıçının həyatında silinməz iz buraxıb. Uşaqlıq dövrünün sevincli və kədərli keçməsi Starkın yazıçı kimi uğur qazanmasında böyük rol oynayıb. Yazıçı gənc yaşlarında pedaqogika və psixologiyanı öyrənib, 1964-cü ildə isə ədəbiyyatı dərindən öyrənməyə başlayıb və böyüklər üçün kitab müəllifi kimi tanınıb.

 

Starkın uşaqlar üçün ilk əsərləri 1975 və 1976-cı illərdə çap edilib. 1984-cü ildə o, özünü tamamilə uşaq ədəbiyyatına həsr etmək qərarına gəlib. Tanınmış illüstratorlar Anna Heqland və Mati Lepp ilə işləməyə başlayıb. O, özünə məxsus bir neçə kitabı filmlər üçün uyğunlaşdırmış və ssenariləşdirmişdir.

 

Əsərləri nüfuzlu mükafatlara layiq görülüb. 1998-ci ildə Skandinaviya Uşaq Kitabları Mükafatını alıb və 2000-ci ildə H.X. Andersen Mükafatının Beynəlxalq Münsiflər heyəti ona xüsusi diplom təqdim edib.

 

Astrid Lindqrenin əsl varisi olan yazıçı, gənclərlə səmimi söhbət etməkdən və ən çətin mövzulardan çəkinmirdi. Onun üslubu aydın və əlçatandır, süjetləri dünyanın hər yerindən olan uşaq və yeniyetmələrə yaxındır, uşaqların və yeniyetmələrin psixologiyasını bilməsi isə əsərlərini başa düşülən edıb.

 

Finlandiyalı İsveç dilli tərcüməçi və Stokholm Universitetinin professoru Yanina Orlov ilə evli olub.

 

Ulf Stark 13 İyun  2017-ci ildə Stokholmda onkologiyadan  72 yaşında vəfat edib.

 

Məşhur əsərləri: “Qoy, ağ ayılar rəqs etsin”, “Əcaiblər və zəhlətökənlər”, “Yohanna, fit çala bilirsən?”, “Dostum Persi, camış Bill və mən”, “Bir az sevgi hekayəsi”, “Meşədə Milad Bayramı”, “Petter və Qırmızı Quş”, “Kiçik Asmodey”, “Kirpi evi tərk edir” və s.