Şeirlər

Teymur Elçin. Canavarın laylası

Yuvasına qayıtdı

Canavar.

Qan iyini alanda

Mırıldandı balalar.

Gətirdiyi quzunu

Körpələrə yedirtdi.

Oynaşdılar,

Boğuşdular,

Yorulub yatışdılar

balalar.

Laylasına başladı

Canavar

- Yat, mənim küçük balam,

böyü, kiçik balam.

Qulaqların, gözlərin,

Dişlərin iti olsun,

Quzunun əti olsun

yediyin.

Kimi görsən parçala,

Böyü, canavar bala.

Parçala, parçala, parçala.

Uu-uu...

Uu-uu...