Şeirlər

Simax Şeyda. Ümidin 1 yaşı var

Ümidin 1 yaşı var
Evdə nə var dağıdır.
Əlindən bir şey alsan
Tez qışqırıb bağırır.

 

Ayıcığın qolundan
Tutub yerlə sürüyür.
Qaçır o baş, bu başa
Tappır-tuppur yüyürür.

 

 

Atasını yedirdir
“Can”- deyir anasına.
Daha yorulmadınmı
Gəl, xalanın qucuna.