Təbiət

Düzənliklər

Yer səthinin nisbətən hamar sahələri düzənlik adlanır.

 

Düzənliklərdə hündürlüyü 200 m-ə qədər olan təpələr də ola bilər. Düzənliklər hündürlüyünə görə 3 qrupa bölünür: ovalıq, yüksəklik və yayla.

 

Bəzən düzənliklər okean səviyyəsindən aşağıda da yerləşir; məsələn, Kür-Araz, Xəzəryanı ovalıqlar. Dünyanın böyük düzənlikləri – Amazon, Qərbi Sibir, Böyük Çin, Mesopotamiya ovalıqları, Orta Rus yüksəkliyi, Braziliya, Orta Sibir, Dekan və s. yaylalarıdır.

 

Düzənliklər – dağlardan fərqli olaraq yaşayış üçün daha əlverişlidir. Orada yolların çəkilməsi, binaların tikintisi, yaşayış məntəqələrinin salınması asandır. Düzənliklər əkinçilik üçün də yararlıdır. İnsanlar xüsusilə çay və dəniz sahilləri boyunca yerləşən düzənliklərdə məskunlaşmağa üstünlük verirlər.

 

Düzənliklər mənşəyinə görə iki qrupa bölünür:


1. Akkumulyasiya düzənlikləri səthi çökmə süxurlarla örtülmüş hamar, azmeyilli düzənliklərdir. Əsasən ovalıqlara uyğun gəlir (Kür-Araz, Amazon və s.)


2. Denudasiya düzənlikləri süxurların aşınması və parçalanması nəticəsində qədim dağların yerində yaranmış düzənliklərdir (Braziliya, Dekan və s.) Əsasən yaylalara uyğun gəlir.

 

 

Ölçülərinə görə relyef formaları 5 qupa bölünür.

 

1.Planetar relyef forması- Materiklər, Okeanlar, orta okean dağ silisləsi, And-Kordilyer, Alp-Himalay


2. Meqa relyef formaları– And, Alp, Qafqaz , Himalay , Mesopotomiya ovalığı , Braziliya yaylası, Tyan-Şan dağları və s.


3.Makro relyef forması– meqarelyefin kiçik hissələri, Baş Qafqaz, Yan Silsilə, Qovdağ, Niyaldağ, Muğan düzü, Şirvan düzü, Şollar düzü, Lənkəran ovalığı, Qarabağ silsiləsi və s.


4. Mezo relyef forması– əsasən ekzogen proseslərdən yaranır. Çay dərələri, kanyonlar, troq dərələr, morenlər, yarğan, qobu moren tirələri və s.


5. Mikro – daha kiçik relyef formasıdır. Karst qıfı, barxan, dyun və s.