Təbiət

Atelopus qurbağası

Atelopus qurbağası (Atelopus varius)– dünyanın ən nadir tapılan və zəhərli qurbağasıdır. «Palyaço» qurbağa olaraq da bilinir.

 

Kosta Rikaya endemikdir və son bir neçə ildə chytridiomycosis göbələk xəstəliyinin yayılması və iqlim dəyişikliyi səbəbiylə bu növ qurbağaların sayı sürətlə azalmaqdadır, hətta artıq təhlükəli şəkildə yox olmağa yaxındır.

 

Atelopus qurbağasının bədən ölçüsü təxminən 5.2 sm-dir. Bədəni incə, dərisi isə hamar və rənglidir. Ön ayaqları uzun, barmaqları isə müxtəlif uzunluqdadır.

 

Tropik yağış meşələrini, dağlıq ərazilərdəki dərələri, su ilə zəngin bataqlıq yerlərinə üstünlük verir. Dəniz səviyyəsindən 1800-2000 metr yüksəkliklərdə rast gəlinir. Guiana və Braziliyanın sahil bölgələri xaricində, Orta və Cənubi Amerikanın bir hissəsini: Kosta Rika və cənubdan Boliviyaya qədər ərazilərdə yayılıb.

 

Əsasən quruda vaxtını keçirir. Gün ərzində aktivdir. Bu növ tullanmır və zəif üzür. Həşəratlarla qidalanır.

 

Cütləşmə mövsümü avqustun ortalarından dekabrın əvvəllərinə qədər başlayır. Dişi quru fəsildə yumurta qoyur.