Şeirlər

Cahangir Məmmədov. İynə

Əlimə batma, aman!

Axı çox bərk incidir.

Mən heç nə tikməmişəm,

Bu işim birincidir.

 

Mən neçə yol kuklama

Papq, corab tikərkən:

"Uşaqsan!"- deyib anam

Səni almış əlimdən.

 

Çox yalvarıb, anamdan

Səni güclə almışam.

Qızıl ulduz şəklini

Gərək tikəm bu axşam.

 

Atam baxıb söyləsin:

"Qızım iş görən qızdır!"

Anam baxanda desin:

"Bu nə gözəl ulduzdur!..."