Şeirlər

Nəbi Xəzri. Nənəm nağıl danışır

Bir sevinc var hər üzdə,
Nənəm nağıl danışır.
Uzanmışıq qum üstə,
Nənəm nağıl danışır.

 


Söyüd başını əyir,
İydə üzümə dəyir.
Çinar susub dinləyir,
Nənəm nağıl danışır.

 


Bax, ulduzlar göz vurur,
Ay başım üstə durur.
Onlar da sanki duyur,
Nənəm nağıl danışır