Şeirlər

Nəriman Həsənzadə. Yeddi yaylıq

Yaylıqlar itdi bir-bir,
Hardadı bəs, kim bilir?!
Bəzənibdi gəlincik,
Gizlənibdi gəlincik.
Biri: başında örpək,
Biri: belində kəmər,
Biri: əlində nəmər,
Biri: çiynində şarfdı,
Ayağında corabdı,
Saçında lentdi yaylıq.
Tapıldı yeddi yaylıq.