Şeirlər

İlyas Tapdıq. Qızılgül

Eyvanımla yanaşı,

Bir ağac var-yamyaşıl,

Budaqları iynəli.

İynələri əyməli.

Qönçəsi mürçüm-mürçüm,

Köynəyi biçim-biçim.

Hər qönçədə bir incə,

Qızıl-qızıl düyünçə.

Bu qönçələr açılar,

Düyünçələr açılar,

Baöa ətir saçılar.