Şeirlər

İsmayıl İmanzadə. Çoban

Çobanın tütəyi var,

Sürüsü,köpəyi var.

Siz deyin,ay uşaqlar,

Onun ayrı nəyi var?

- Yapıncısı,çomağı…

- Kəhər atı,papağı.

- Örüş yeri,dəyəsi…

Düz tapdınız,deməli

Çobandır allı - güllü

Yaylaqların yiyəsi.