Şeirlər

Ağasəfa. Ən şirin söz

- Ən şirin söz hansıdır?

Birdən soruşdu Gülgəz.

"Ən şirin söz hansıdır?"

Yalçından çıxmadı səs.

Yalçın qəlbində hələ

"Bu nə sözdür?" deyirdi.

Qımışıb gülə-gülə

Gözlərini döyürdü.

Çıxdı qabağa Əvəz:

- Qoy mən deyim, yana dur!

Dünyada ən əziz söz,

Ən şirin söz “Ana”dır.