Şeirlər

Əhməd Cavad. Mən Tuqayam

Mən Tuqayam, bir quşam,

Oynayıb yorulmuşam. 

İstəməm yorğan-döşək,

Anamın qoynu göyçək.

Baxım onun gözünə,

Qulaq verim sözünə.

Mənə versin ağılı,

Çox söyləsin nağılı.