Xəbərlər

“Maşa və Ayı” Azərbaycan Dövlət Rus Dram Teatrının səhnəsində

Sentyabrın 15-də Səməd Vurğun adına Azərbaycan Dövlət Rus Dram Teatrında Valentina Reznikovanın “Maşa və Ayı” tamaşası nümayiş etdiriləcək. Bu, həm də teatrın yeni – 93-cü mövsümünün ilk tamaşası olacaq.
Yeni mövsümün ilk ayında balaca teatrsevərləri digər maraqlı tamaşalar da gözləyir. Sentyabrın 21-də Yekaterina Çernyakın “Gözəl Vasilisa”, sentyabrın 22-də isə Vladimir Neverovun “Nağılı tap!-2” tamaşaları nümayiş etdiriləcək.