Şeirlər

Ələsgər Talıboğlu. Yanıltmac

Bir-birdi, 
Rəqəmlərin ilkidi. 
İki-birdən sonradı. 
Üç-göydən düşən almadı. 
Bir kimsəyə qalmadı. 
Dörd-fəsillərin cəmidi, 
Yer dəyişən gəmidi. 
Gəldin çatdın sən beşə, 
Çiçək açar hər köşə. 
Sıradakı altıdı. 
Oynamağın vaxtıdı. 
Yeddi-rəqəmlərin piridi, 
Sanki mələk, hüridi. 
O ki, qaldı o cüt qız- 
Elə səkkizlə doqquz, 
Ona yaxın olandı. 
Demə dünya yalandı. 
On-barmaqların sayıdı. 
Rəqəmləri bilməyən 
Ayıların tayıdı.