Şeirlər

İsmayıl İmanzadə. Mingəçevir

Sən mənim ən sevimli,
Ən əziz şəhərimsən.
Aylı-ulduzlu gecəm,
Günəşli səhərimsən.
Böyüyüb boy atmısan
Bozdağın qucağında.
Yurdumun nəfəsi var
Odunda,ocağında.
İşığın tükənməyən
Ən böyük sərvətindir.
Ana Kür sinəndəki
Ülvi məhəbbətindir.
Gözəllik məskənisən,
Bir aləmdir dənizin.
Yaxın - uzaq ellərdə
Gəzir söhbətin,sözün.
Əzizləyir adını
Ulu Kərəzim,Dirim.
Nur timsallı nağılsan,
Gözəl Mingəçevirim.