Şeirlər

Zahid Xəlil. Yalançı İmran

İmran mətbəxə qaçdı,
Qabın ağzını açdı, 
Mürəbbəni yedi o. 
Amma gəlib yavaşca 
Anasına dedi o: - 
Quyruğunu buladı, 
Pişik gəlib yaladı. 
Anası baxdı ona,
İnanmadı sözünə. 
Mürəbbənin şirəsi 
Bulaşmışdı üzünə.