Şeirlər

Əfzələddin Xaqani. Eyləsəm səfər…

İraqa, İrana eyləsəm səfər,
Başıma yağıştək yağar simü-zər.
Orada şairə qiymət verən var,
Xəzinəm ləl ilə, gövhərlə dolar.
Şahlar məclisimdə diz çökər mənim,
Başıma tabaqla zər tökər mənim.
Bakir sözlərimin aşiqi olan,
Ariflər əlimi öpər hər zaman.
Lakin üzüm gülməz, gözlərim ağlar...
Qəlbimdə dağ qədər ağır intizar.
Vətən həsrətilə töküb göz yaşı,
“Ah, vətən!” deyərəm mən hər sözbaşı.
Şamaxı! Ey mənim sevimli yurdum,
Mən sənin qoynunda xaniman qurdum.
İndisə acığın tutmuşdur mana,
Sənin qucağından ayrılsam, ana,
Ümidim, pənahım Təbrizdir, Təbriz,
O şəhər də mənə doğmadır, əziz
Siz mənə həyatı etdiniz əta,
Sən mənə anasan, Təbrizdir ata.
Anasından küsən körpə bir uşaq
Ata ağuşunda yer tapar ancaq!