Görkəmli şəxsiyyətlər

Angel Karaliyçev

Angel Karaliyçev (1902-1972) – Bolqarıstanın və dünyanın ən məşhur nağıl yazarlarından biri olub. Əsərləri dünyanın 50 dilinə tərcümə olunmuş ən çox oxunan Bolqar uşaq yazıçısıdır. Ona “Balkanlar”ın Anderseni deyirlər.

 

Karaliyçevin nağıllarında Bolqarıstana, təbiətinə və sadə insanlara olan sevgi açıq şəkildə ifadə olunur. Xalq nağıllarına əsaslanaraq müəllif öz əsərlərini yaradıb. Sevgi, dostluq, qardaşlıq, ana sevgisi Angel Karaliyçevin nağıllarının əsasını təşkil edir. Güclü bir mənəvi yük daşımayan, ancaq uşağı daha geniş təbəssüm etdirən və möcüzələrə inanan nağılları da var.

 

Angel Karaliyçev 1902-ci ilin avqustunda Bolqarıstanın Strajitsa kəndində anadan olub. Məktəbi bitirdikdən sonra Sofiya Universitetinin kimya fakültəsinə daxil olub. Üçüncü kursda təhsilini dayandırıb, lakin 1928-ci ildə yenə də təhsilini davam edərək Azad Universiteti bitirib.

 

Karaliyçev 17 yaşında yazmağa başlayıb. İlk nəşr üzü görən əsəri "Qartallar" şeiri olub. Bir çox nəşr yazarı kimi, Karaliyçev də sənətə şeirlə gəldi və hekayələrlə davam etdi. İlk nağıl çalışmalarını 1924 ilində Çavdar adlı kitabında toplamış. “Xəzinə”, “Hekayələr”, “Yalançı Dünya”, “Bolqarların diyarı”, “Gildən hazırlanmış quş” kimi hekayələri  20 və 30-cu illərin sonlarında bir neçə dəfə çap edilib.

 

Karaliyçev bu əsərlərində gizlədilməmiş bir sevgi ilə qəhrəmanlarını canlandırır, onların çətinliklərinə və narahatlıqlarına can yandırır.

 

Qırx ildən artıq Angel Karaliyçev uşaqlar üçün hekayələr, nağıllar və hekayələr yazıb. Ümumilikdə, Karaliyçev uşaqlar və gənclər üçün 15 kitab yazmışdır.