Musiqi

Hüseyn Əzim. Naxçıvan

Mən səni vəsf edim bir canan kimi,
Sarılıb boynuna mehriban kimi,
Göyündə ulduzlar sayrışan kimi.


Nəqərat:


Ey könül mülkünün barı,
Naxçıvan, a gülüm ,
Ellərin sevgili yarı, Naxçıvan.



Qoynuna gülüzlü şux nigar gəlir,
Müjdə ver bülbülə ilk bahar gəlir,
Qızlar bulağına nazlı yar gəlir.


Nəqərat:


Ey könül mülkünün barı,
Naxçıvan, a gülüm,
Ellərin sevgili yarı, Naxçıvan.


Səndə tarixlərin çox nişanı var,
Hər daşın köksündə ox nişanı var,
İndi nə xanı var, nə sultanı var.


Nəqərat:


Ey könül mülkünün barı
Naxçıvan, a gülüm,
Ellərin sevgili yarı Naxçıvan.

 

Bəstəkar: Məmməd Cavadov